
ABŞ-a məxsus F-16 qırıcısının Cənubi Koreyanın qərbində adi təlim zamanı Sarı dənizə düşdüyü bildirilib.
Gununsesi.info bildirir ki, ABŞ Hərbi Hava Qüvvələri Sarı dənizə düşən döyüş təyyarəsi ilə bağlı açıqlama verib.
Açıqlamada, təyyarənin ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələrinin birgə istifadə etdiyi bazadan gündəlik təlim üçün havaya qalxdığı bildirilir. Qeyd edilib ki, F-16 qırıcı təyyarəsinin pilotu uçuş zamanı fövqəladə vəziyyət səbəbindən özünü təyyarədən atıb.
Açıqlamada Cənubi Koreya Hərbi Dəniz Qüvvələri tərəfindən xilas edilən pilotun huşunun yerində olduğu və sağlamlıq vəziyyətinin stabil olduğu, pilotun Cənubi Koreyanın cənub-qərbindəki Qunsan liman şəhəri yaxınlığında yerləşən Kunsan hərbi hava bazasına aparıldığı bildirilib.
Gununsesi.info