Prezidentinin Administrasiyasında boşalan yüksək vəzifələrin sayı artdı

Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad ediləndən sonra bu ali orqandakı vakant vəzifələrin sayı 3-ə yüksəlib.

Qeyd edək ki, general-polkovnik Məhərrəm Əliyev ötən həftəsonu dövlət başçısının sərəncamı ilə istefaya buraxılıb və Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Gununsesi.info-nun məlumatına görə, hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vakant olan 3 yüksək vəzifə aşağıdakılardı:

– Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri;

– Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri;

– Sənəd dövriyyəsi şöbəsinin müdiri.

 

 

Gununsesi.info