Zelenski ABŞ-a səfərə gedir – Baydenlə görüşəcək

zelenski bayden

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a işgüzar səfəri dekabrın 11-də başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin məlumatında deyilir.

Səfər çərçivəsində Ukrayna lideri ABŞ prezidenti Cozef Baydenlə görüşəcək, həmçinin bir sıra görüşlər və danışıqlar aparacaq. “Vladimir Zelenski ABŞ, Avropa və dünyanın birliyinin təmin edilməsinə diqqətini Ukraynanın Rusiya terroruna qarşı müdafiəsində dəstəkləyəcək və qaydalara və hər bir xalqın suverenliyinə hörmətə əsaslanan beynəlxalq asayişin möhkəmləndirilməsinə yönəldəcək”, – məlumatda deyilir.

Bildirilir ki, danışıqlarda əsas mövzular ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi, xüsusilə silah və hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə birgə layihələr, eləcə də gələn il səylərin əlaqələndirilməsi olacaq.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin verdiyi məlumata görə, görüş dekabrın 12-də baş tutacaq. “Prezident Bayden ABŞ-ın Ukrayna xalqını Rusiyanın qəddar işğalına qarşı müdafiə edərkən onlara dəstək olmaq öhdəliyini vurğulamaq üçün çərşənbə axşamı, dekabrın 12-də Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evə görüşə dəvət etdi. Rusiya Ukraynaya qarşı raket və pilotsuz təyyarə zərbələrini artırdıqca, liderlər Ukraynanın təcili ehtiyaclarını və bu kritik anda ABŞ-ın davamlı dəstəyinin həyati əhəmiyyətini müzakirə edəcəklər”, – deyə o bildirib.

Gununsesi.info