
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden yaxın günlərdə telefonla Qəzzadakı vəziyyəti müzakirə edəcəklər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Hökumət dairələrinə yaxın qəzet köşə yazarı Əbdülkadir Selvi “Yaxın günlərdə liderlər arasında telefon danışığı gözlənilir” deyib.
Nəşrin məlumatına görə, iki ölkə liderləri həm uzunmüddətli atəşkəs, həm də Qəzzanın müharibədən sonrakı statusu məsələlərini müzakirə edəcəklər.
“Ancaq Türkiyə ilə ABŞ arasında F-16 təyyarələrinin satışı və İsveçin NATO-ya üzvlüyü kimi məsələlər də var”, – nəşr yazır.
Gununsesi.info