Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, qəza Hatay vilayətinin İsgəndərun rayonunda qeydə alınıb.
Ağır tonnajlı yük avtomobilinin sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi koronovirusla mübarizə ilə əlaqədar xidmət göstərən 10 avtomobilə çırpılıb.
Nəticədə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org
COMMENTS