Məhkəmədən Trampla bağlı qərar

ABŞ Ali Məhkəməsində keçmiş prezident Donald Trampın seçkilərdə iştirak edib-etməməsi ilə bağlı mühüm işin ilk iclası keçirilib və tərəflərin şifahi arqumentlərini qəbul edib.

Gununsesi.info xəbər verir ki, 9 hakimdən ibarət məhkəmə Trampın 6 yanvar 2021-ci ildə Konqresə basqındakı roluna görə “qiyam” cinayəti törətdiyinə və Konstitusiyanın 14-cü Düzəlişinin 3-cü bəndinə uyğun olaraq, seçkilərdə iştirak edə bilməyəcəyinə qərar verən Kolorado ştatının rəsmilərini və Trampın vəkillərini dinləyib.

Trampın vəkilləri bildirib ki, sözügedən maddənin heç bir dövlət tərəfindən prezident və ya prezidentliyə namizədə tətbiq edilə bilməyəcəyini, bu maddədə qeyd olunan şəxsin birbaşa prezident olmadığını, hətta bu məsələ ilə bağlı qərar verilməli olsa belə, burada əsl səlahiyyət ştatlarda deyil, ABŞ Konqresindədir.

Konqresə basqındakı rolunun “üsyan” olmadığını müdafiə edən Trampın vəkilləri ştatların bu maddəyə əsaslanaraq prezidentliyə namizədin qarşısının alınmasının sözügedən maddənin yanlış şərhi olduğunu bildiriblər.

Digər tərəfdən, Kolorado ştatını təmsil edən hüquqşünaslar Konstitusiyaya edilən 14-cü Düzəlişin 3-cü bəndinin aydın olduğunu və Tramp və tərəfdarlarının Konqresə basqın edərək Konstitusiyaya qarşı üsyan və üsyan hərəkəti etdiyini müdafiə etdilər.

Ştat rəsmiləri bu məsələdə ştatların söz sahibi olduğunu, eləcə də bir şəxsin ABŞ prezidenti olması üçün əsas tələblərin olduğunu bildiriblər.

Tərəfləri dinləyən məhkəmə üzvlərinin çoxu Konstitusiyanın müvafiq maddəsinin Trampa niyə şamil oluna biləcəyi ilə bağlı Kolorado vəkillərinə çətin suallar verib.

Məhkəmənin liberal qanadından olan hakim Yelena Kaqan bildirib ki, ştatların prezidentliyə namizədin Konstitusiyanın qeyd olunan maddəsinə uyğun olub-olmadığını və bu şəxsin üsyanda iştirak edib-etmədiyini müəyyən etmək səlahiyyəti məhduddur.

Məhkəmənin mühafizəkar qanadından olan hakim Samuel Alito da bildirib ki, əgər bir dövlətin bu məsələ ilə bağlı verdiyi hökm prezidentliyə namizədlərə şamil edilərsə, digər dövlətlərin bunu siyasi aparata çevirə və “prezidentliyə namizədin lehinə və ya əleyhinə qərar verə və seçkilərin taleyini təyin edə bilər” və bunun ölkə üçün təhlükəli vəziyyət olduğunu vurğulayıb.

Digər mühafizəkar hakim Neil Qorsuç da Koloradonu müdafiə edən vəkillərin Trampa qarşı üsyan və qiyam ittihamlarına haqq qazandıra bilməyəcəklərini və dövlət olaraq başqa bir məhkəmə prosesinə ehtiyac olmadan belə bir addım ata bilməyəcəklərini bildirib.

ABŞ Ali Məhkəməsinin yaxın vaxtlarda yenidən toplanacağı, işə qiymət verəcəyi və prezidentlik prosesinin davam etməsi ilə əlaqədar qərarını açıqlayacağı gözlənilir.

Amerika mediasına yer alan xəbərlərdə ilk məhkəmənin Trampın lehinə nəticələndiyi və iddianın nəticəsi olaraq bir qərarın çıxmasının gözlənildiyi şərhləri gündəmə gəlib, qeyd edilib ki, Trampın seçkilərdə iştirakının qarşısını almaq mümkün deyil.

Gununsesi.info