
Türkiyənin Antalya vilayətinin Manavqat ilçəsində yanğın nəticəsində həlak olmuş daha bir cütlüyün cəsədləri aşkar olunub.
“Haber Global”ın məlumatına görə, bununla da yanğın fəlakətində həyatını itirənlərin sayı 7 nəfərə çatıb.
Digər tərəfdən dünən Van bölgəsində 6 evin dağılmasına səbəb olan sel yenidən təkrarlanıb və bir sıra tikililəri yuyaraq aparıb.
Konya bölgəsində isə anomal istilər səbəbindən bir çox bulaqlar, göllər və digər su hövzələri quruyub.
Gununsesi.info