
Pakistanda baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb, 50 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Associated Press” yerli hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Hadisə Pəncab əyalətinin Bahavalnaqar şəhərində keçirilən Aşura mərasimi zamanı baş verib.
Əraziyə polislər və tibb işçiləri cəlb olunub.