
Türkiyənin Manisa vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Soma rayonunda yük avtomobili sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində azı 9 nəfər həlak olub, 30 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.
Qəza zamanı avtobusda 50 nəfərin olduğu bildirilir. Hadisənin səbəbi hələlik açıqlanmayıb.