
Rusiya Prezidenti Vladimir Putinin “G-20″yə qatılmama qərarından sonra Çin Prezidenti Şi Cinpinqin qərarı bəlli olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çin Prezidenti Şi Cinpinq Hindistanda qarşıdakı həftə keçirilməsi planlaşdırılan “Böyük İyirmilər” (G-20) toplantısında iştirak etməyəcək.
Sentyabrın 9-10-da Yeni Dehli şəhərində keçiriləcək önəmli toplantıya Çin tərəfi nazir və diplomatlar səviyyəsində qatılmağı planlaşdıırlır.
Qeyd edək ki, Hindistandakı toplantı son dönəmlərdə pozulan Amerika-Çin münasibətlərinin yaxşılaşdırılması üçün adres oalraq görülürdü.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu toplantıya qatılmayacağını və Xarici İşlər Naziri Sergey Lavrovu göndərəcəyini bildirmişdi.
Tərcümə: Arzu