
2011-ci ildə Norveçdə 77 nəfəri öldürən qatil Anders Behring Breyvik açdığı təcrid iddiasını uduzub.
Norveçin paytaxtı Osloda 2011-ci ildə hökumət binalarının yerləşdiyi bölgədə Anders Behring Breyvik tərəfindən həyata keçirilən bombalı hücumda 8 nəfər həyatını itirmişdi. İki saat sonra Breyvik Utoya adasındakı Sosial Demokrat Partiyasının gənclər təşkilatının yay düşərgəsinə atəş açıb, 69 nəfəri öldürüb. Breyvik 21 il həbs cəzasına məhkum edilib ki, bu da Norveçdə ən yüksək cəzadır.
Gununsesi.info xəbər verir ki, 2015-ci ildə Norveç dövlətinə qarşı qaldırdığı iddiada Breyvik cəza aldığı həbsxana şəraitinin Avropa İnsan Haqları Konvensiyasının 3 və 8-ci maddələrinə zidd olduğunu iddia edib. Şikayəti qiymətləndirən Oslo yerli məhkəməsi Breyvikin üç otaqlı şəxsi kamerasındakı şəraitin “qeyri-insani və ya ləyaqəti alçaldan” olduğuna və Norveç hökumətinin Breyvikə təqribən 33 min avro ödəməli olduğuna qərar verib.
Hökumət qərara etiraz edib və daha yüksək instansiya olan Norveç Ali Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə Breyvikin hüquqlarının pozulmadığına qərar verib.
Breyvik öz ölkəsində daxili hüquqi vasitələri tükəndikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib. AİHM 2018-ci ildə də həbs şəraitinin insan hüquqlarını pozduğunu iddia edərək onun ərizəsini rədd edib.
Bu yaxınlarda Breyvikin vəkili Oystein Storrvik müdafiə etdiyi şəxsin 2012-ci ildən təkadamlıq kamerada saxlandığını və cəza çəkdiyi müddətdə digər məhbuslarla əlaqə saxlamadığını, bunun insan hüquqlarının pozulması olduğunu bildirib. Storrvik Ədliyyə Nazirliyinə bildiriş göndərərək Breyvikin təcridinə son qoymaq üçün Norveç hökumətinə qarşı iddia qaldırıb.
Breyvikin həbsxanadakı təcridinə son qoymaq üçün qaldırdığı sonuncu iddia da rədd edilib.
Norveç Ədliyyə Nazirliyi yanvar ayında verdiyi bəyanatda “Breyvikin insan hüquqlarının pozulması üçün heç bir əsas olmadığını” bəyan edib.
Ədliyyə Nazirliyini təmsil edən vəkil Andreas Hjetland “Breivik hələ də çox təhlükəlidir” deyən məhkumun zorakılıq etmə və ya başqalarını zorakılığa təşviq etmə ehtimalının çox yüksək olduğunu bildirib.
Gununsesi.info