
Mərkəzi İstanbul və İzmirdə olan “Qəfəs-41” əməliyyatı keçirilib.
Gununsesi.info xəbər verir ki, əməliyyat qırmızı bülletenlə axtarışda olan Beratcan Gökdemir və Ferhat Delen də daxil olmaqla mütəşəkkil cinayət qruplarına qarşı keçirilib.
Ümumilikdə 61 şübhəlinin tutulduğu əməliyyat zamanı şübhəlilərin 2 adam öldürmə, 2 qəsdən adam öldürməyə cəhd, 11 qəsdən xəsarət yetirmə, çoxlu silahlı qarşıdurma, hədə-qorxu, silahlı hücumlar, sənədsiz silahların saxlanması, iş yerində atışma və talan kimi silsilə cinayət əməlləri törətdikləri müəyyən edilib.
Bildirilib ki, əməliyyat çərçivəsində aparılan axtarışlar zamanı 37 sənədsiz tapança, 5 ov tüfəngi, çoxlu güllə və 3 polad jilet ələ keçirilib.
Gununsesi.info