
Jurnalist Elnarə Qasımova yenidən Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Gununsesi.info bildirir ki, ondan yanvarın 13-ü saat 17:00-da idarəyə gəlməsi xahiş edilib.
Jurnalistə “Abzas Media” işi üzrə yaranan sualları cavablandırması üçün çağırıldığı bildirilib.
Xatırladaq ki, noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb.
Onlara qarşı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqələndirir.
Gununsesi.info