Bakıda ahıl kişini avtomobil vurub

Bakının Suraxanı rayonunda yol qəzası zamanı 83 yaşlı kişi xəsarət alıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Şadlıq sarayının qarşısından keçən 1941-ci il təvəllüdlü Namazov Rəhim Hüseyn oğlunu minik avtomobili vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlıaraşdırma aparır.

 

Gununsesi.info