
“TikTok” sosial şəbəkəsində gənc qızın zorla ərə verildiyi iddia edilən görüntülər yayılıb.
Gununsesi.info-nun məlumatına görə, görüntülərin Bakının NZS qəsəbəsində çəkildiyi iddia edilib.
Kadrların harada və nə zaman çəkildiyi məlum deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu saytımıza açıqlamasında deyib ki, qurum yayılan görüntülər barədə məlumatlıdır.
“Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə videogörüntülərin respublikanın ərazisində lentə alınıb-alınmadığı, həqiqəti əks etdirib-etdirmədiyi araşdırılır. Yekun nəticədə barədə ictimaiyyətə məlumat veriləcək”, – o bildirib.