Gürcüstan Polşadan zenit-raket kompleksləri alacaq

  • By ilhame
  • 12 Yanvar 2024 20:43

Gürcüstanın Müdafiə Nazirliyi Polşanın “MESKO SA” şirkəti ilə zenit-raket komplekslərinin alınmasına dair müqavilə imzalayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb:

 

“Tərəflər NATO standartlarına uyğun silahların Gürcüstan üçün tətbiqinin vacibliyini də müzakirə ediblər ki, bu da ölkənin müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək”.

Gununsesi.info