İranda alpinistlər qar uçqununun altında qaldı

  • By ilhame
  • 12 Yanvar 2024 21:32

İranda 5 alpinist qar uçqunu altında qalıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru məlumat verib.

“Bu gün Aşnoyedə 5 alpinist qar uçqunu altında qalıb. Dərhal hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 xilasetmə qrupu göndərilib”, – o qeyd edib.

 

Qeyd edək ki, hazırda İranın bir sıra vilayətlərində güclü qar müşahidə olunur.

Gununsesi.info