Zəngilanda ağacəkmə tədbiri keçirildi - FOTOLAR

İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpa olunması məqsədilə Zəngilan rayonunda növbəti ağacəkmə tədbiri keçirilib.

Gununsesi.info xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, ETSN-in rəsmilərinin iştirakı ilə keçirilən ağacəkmə tədbirində Nazirliyin tinglik sahələrində yetişdirilən yerli iqlim şəraitinə uyğun Şərq çinarı və Adi göyrüş tingləri əkilib, palıd toxumları səpilib.

HTML tutorial

“Respublikanın bütün bölgələrində meşəbərpa və ağacəkmə tədbirləri davam edir”.

Gununsesi.info