
Dekabrın 16-da Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.
Gununsesi.info bildirir ki, görüşdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Milli Məclisin deputatı Nigar Arpadarai, eləcə də ADU-nun professor-müəllim heyəti və 300-dən çox tələbəsi ilə birlikdə iştirak etdik.
Görüşün əvvəlində müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.
Daha sonra təqdimatla çıxış edərək görüş iştirakçılarına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verdim.
İşğal nəticəsində ölkəmizə vurulan zərərin miqyasının həddindən artıq böyük olduğunu diqqətə çatdırdim və ermənilərin Qarabağın ekologiyasına ciddi ziyan vurduqlarını və işğal dövründə təbii sərvətlərimizi amansızcasına talan edərək qanunsuz iqtisadi fəaliyyətlə məşul olduqlarını xüsusi vurğuladım.
Çıxışımda qeyd etdim ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər.
Daha sonra işğaldan azad olunan ərazilərdə Fondun dəstəyi ilə həyata keçirilən layihələr barədə də ətraflı məlumat verdim.
Çıxışlardan sonra görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib.
Qeyd etmək istərdik ki, Qarabağ Dirçəliş Fondu daha öncə Bakı Ali Neft Məktəbində (BANM) və Bakı Dövlət Universitetində (BDU) gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib. Analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.
Gununsesi.info