Artıq onlardan 430-u bu ilin yanvarında şəhadət gətirərək İslamı qəbul edib.
Hindistanın Tamilnad əyalətində yüzlərlə sakin hinduizmdən üz döndərmək və artıq dözə bilmədikləri sosial haqsızlıqlara cavab olaraq müsəlman olmaq qərarına gəldiklərini bəyan ediblər.
Gununsesi.org-un məlumatına görə, Moderator.az-ın “Siasat” nəşrinə istinadla verdiyi xəbər deyilir ki, Koimbatur şəhəri yaxınlığındakı bir qəsəbədə yaşayan “toxunulmaz» dalit kastasının 3000-dən çox üzvü İslamı qəbul etməyə qərar verib. Yerli dalit təşkilatının katibi İllavenilin sözlərinə görə, artıq onlardan 430-u bu ilin yanvarında şəhadət gətirərək müsəlmanlığı qəbul edib, qalanları isə mərhələ-mərhələ bunu edəcəkdir. Hinduistlərin kütləvi şəkildə İslamı qəbul etmək qərarına son günlər yağan güclü yağışlar səbəbiylə sakinlərdən birinin divarının çökməsi təkan verib. Polisin buna laqeydliyi və yerli hakimiyyət orqanlarının divarı yıxılan ev sahibinə kömək üçün tədbir görmək istəməməsi dalitlərin səbrini tükədib…
“Kasta haqsızlığı və “toxunulmazlıq” statusumuz üzündən hamımız İslamı qəbul etdik. Bizlərə başqa insanlarla birlikdə bir dövlət avtobusunda oturmaq belə, olmaz “- deyə əvvəllər Marks adlanan, indi isə qürurla Məhəmməd adını daşıyan keçmiş dalit-hinduist hiddətlə söyləyib.
Dalit təşkilatının katibi İllavenil də hinduizmdən imtina edərək müsəlman olub.
“Köhnə identikliyimdəm – şəxsiyyətimdən qurtulmalı idim…”-deyib o.
“17 nəfərimiz öləndə heç bir hindu bizə dəstək olmadı. Yalnız müsəlman qardaşlarımız bizim tərəfimizdə dayandı və haqsızlığa etiraz etdilər” –deyə keçmişdə Sarath Kumar adlanan Abdullah adlı bir gənc vurğulayıb.
COMMENTS