Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fazil İmamverdi oğlu Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.org bildirir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.
F.Nəcəfov heykəltəraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycanda heykəltəraşlıq sənətində avangardlıq üslubun təsisçisidir.
Fevralın 16-da F.Nəcəfovun 85 yaşı tamam olacaq.
COMMENTS