Avropada koronavirusdan ilk ölüm qeydə alındı

Avropada koronavirusdan ilk ölüm qeydə alındı

Fransanın Səhiyyə Nazirliyi məlumat verib ki, ölkəyə turizm məqsədi ilə səfər edən Çin vətəndaşı koronavirus xəstəliyindən vəfat edib. 

Gununsesi.org Haberturk.com-a istinadən xəbər verir ki, bu, koronavirusla bağlı Avropada qeydə alınan ilk ölüm faktıdır.

Qeyd edək ki, son rəqəmlərə əsasən, Çində koronavirusdan ölənlərin sayı 1 523 nəfərə çatıb.

Gununsesi.org

COMMENTS