165 milyon dollarlıq rekord əmlak – Dünyanın ən zəngin insanı aldı

165 milyon dollarlıq rekord əmlak – Dünyanın ən zəngin insanı aldı

Amerikalı sahibkar – “Amazon” şirkətinin təsisçisi və dünyanın ən zəngin insanı Ceff Bezos Beverli-Hillz şəhərində rekord qiymətə – 165 milyon dollara əmlak alıb.

Bu barədə “The Wall Street Journal” nəşri informasiya yayıb.

Məlumata görə, əmlakın sahəsi təxminən 3.6 hektara bərabərdir. Bura tennis kortu, qolf meydançası, bir neçə bağ və evlər daxildir.

Milyarderin əmlakı media maqnatı Devid Qeffendən aldığı bildirilir. Əmlakın ilk sahibi isə “Warner Bros” şirkətinin prezidentlərindən biri Cek Uorner olub.

Gununsesi.org

COMMENTS