Türkiyənin Müdafiə naziri Hulusi Akar Brüsseldə ABŞ-ın Müdafiə naziri Mark Esperlə görüşüb. Görüşdə həmkarlar Suriya və İraqın təhlükəsizlik məsələsini müzakirə ediblər.
Gununsesi.org-un NTV televiziyasına istinadla verdiyi xəbərə görə, nazirlər NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldəki toplantısından sonra görüşüblər və İdlib mövzusu üzərində xüsusi olaraq dayanıblar. Mark Esper həm ABŞ-ın, həm də NATO-nun İdliblə bağlı faktlara istinadla Türkiyəyə dəstək vermək istədiyini bildirib.
Səfər çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqlə, eləcə də NATO-nun yüksək səviyyəli nümayəndələri ilə görüşən Hulusi Akar Əfqanıstandakı vəziyyətin müzakirəsi ilə bağlı Almaniya, Gürcüstan, Rumıniya, Polşa, Norveç Müdafiə nazirlərinin birgə iştirak etdiyi toplantıya da qatılıb.
Gununsesi.org
COMMENTS