Ermənistanla Azərbaycan arasında anklav kəndlər məsələsi ilə bağlı prosesin seçkilərdən sonra başlaması gözlənilir. Məlumatlara görə, bu kəndlərin mübadiləsi ehtimalı gündəmdədir. Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi və sərhədlərin müəyyənləşdirilməsi üzrə işlərin iyul ayında başlanması da mümkündür.
Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesi davam edir. Bununla yanaşı, bölgədə gərginliyi artırmağa və prosesə təsir göstərməyə çalışan tərəflərin mövqelərində sərtləşmə müşahidə olunur.












