“Rusiya döyüş meydanında təşəbbüsü itirməyə davam edir və buna görə də müharibənin diplomatik həlli üçün fürsət yaranıb”.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında yazıb.
Zelenski onu da vurğulayıb ki, hazırda Rusiya bir ay ərzində Ukrayna qoşunlarının azad etdiyindən daha çox ərazini işğal edə bilməz.
“Buna görə də, inanıram ki, gələn qışa qədər diplomatik bir həll yolu tapmalıyıq – oturub danışmalıyıq. Lakin bu, Putinə öz cəmiyyətinin daxili təzyiqindən, eləcə də ABŞ və Avropanın Rusiyaya sanksiyalarla təzyiqindən asılıdır”, – Zelenski əlavə edib.











