Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılovun bacısı ölümdən son anda qurtulub.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bələdiyyə sədrinin bacısı özünü adıçəkilən şəhərdə Kür çayına atıb.
Lakin hadisəni görənlərin dərhal müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Belə ki, insanların və polisin köməyi ilə gənc xanımın həyatı xilas edilib.
Olayın ailə-məişət zəmnində baş verdiyi deyilir.
Gununsesi.info












