Trampdan İranla bağlı açıqlama

ABŞ Prezidenti Donald Tramp sosial media hesabı TruthSocial-da bildirib ki, İranla razılaşmanın olmaması  genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasına səbəb olacaq.

Gununsesi.info-nun xəbərinə görə, “Ya hər kəs üçün yaxşı bir razılaşmadır, ya da heç bir razılaşma yoxdur, biz yenidən cəbhə xəttindəyik və döyüşlər yenidən başlayacaq, amma əvvəlkindən daha böyük və güclü olacaq və heç kim bunu istəmir!” deyə o yazıb.

Dövlət başçısı həmçinin danışıqların uğurla davam etdiyini qeyd edib.

Maqsud

Gununsesi.info