Qərb Avropanın Ukrayna danışıqlarından çıxdığını elan etdi

  • By Admin2
  • 14 Fevral 2026 11:58

 Avropa ölkələri Ukrayna münaqişəsinin həlli prosesindən tamamilə geri çəkiliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer CNBC-yə verdiyi müsahibədə bildirib.

” Ukraynadakı müharibəyə baxanda  görürəm ki, Avropanın burada yeri yoxdur. Biz heç bir rol oynamırıq. Hər şeyə başqaları qərar verib”, – deyə o, Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələrə Rusiya və ABŞ-ın rəhbərlik etdiyini, Avropanın isə arxa plana keçdiyini vurğulayıb.

Maqsud

Gununsesi.info