NATO ölkələri Rusiyanın qismən və ya tam dəniz blokadasını və Baltik-Arktika bölgəsini “kazarma” tipli bir vəziyyətə gətirməyi nəzərdən keçirirlər.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Kanadadakı səfiri Nikolay Korçunov RİA Novosti-yə verdiyi müsahibədə bildirib .
Onun sözlərinə görə, Norveç də daxil olmaqla, Qərb dövlətləri hər yerə öz “mühafizəçilərini” yerləşdirir və beynəlxalq hüququ pozaraq naviqasiya azadlığını məhdudlaşdırırlar.
Bundan əvvəl Bloomberg xəbər vermişdi ki , Britaniya müdafiə naziri Con Heli Münhen Təhlükəsizlik Konfransının kənarında Baltikyanı və Şimali Avropa ölkələrindən olan həmkarları ilə Rusiyanın “kölgə donanması” ilə əlaqəli ola biləcək tankerlərin ələ keçirilməsini müzakirə edib.
Yanvarın 7-də Britaniya Müdafiə Nazirliyi, Amerika hakimiyyətinin xahişi ilə, Rusiyanın “Mariner” neft tankerinin ələ keçirilməsində kömək göstərib.
Maqsud












