yüksək səviyyədə hazırlanmış 2026-cı il Dövlət Büdcəsi layihəsinə görə, eləcə də ətraflı təqdimatlara görə bütün hökumət üzvlərinə təşəkkür edirəm.
2026-cı ilin Dövlət Büdcə layihəsinin Milli Məclisin Komitə iclaslarında müzakirəsi bir daha sübut etdi ki, dünyada nə qədər çətinliklər və problemlər, iqtisadi böhranlar, bölgəmizə yaxın coğrafiyamıza yaxın bölgələrdə ağır müharibələr olsa da, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar ölkəmizin prioritet problemlərinin, xüsusilə də xalqımız üçün ən önəmli məsələlərin təhlukəsizlik və müdafiə, Qarabağa Qayıdış və keçmiş köçkünlərin doğma yurdlarına köçürülməsi kimi strateji məsələlərin həllinə sosialyönümlü dövlət büdcəsində gələn ildə də maliyyə zəmanəti yaradır. Büdcə layihəsinin Komitələrdə müzakirəsi vaxtı Səhiyyə Komitəsinin üzvü kimi seçicilər tərəfindən qaldırılmış və həlli vacib olan bir sıra problemləri çıxışımda səsləndirdim. Ölkəmizdə səhiyyə sistemində həyata keçirilən uğurlu islahatlar, əhaliyə keyfiyyətli ilkin tibbi yardımın və səhiyyə xidmətinin göstərilməsinin daha da təkmilləşdirilməsi və bu xidmətin hər kəsə əlçatanlığı üçün İcbari Tibbi Sığorta sisteminin tətbiqi, TƏBİB-in yaradılması, Səhiyyə Nazirliyi sistemində əsaslı islahatlar seçicilər tərəfindən təqdir edilir.
Bu mənada səhiyyə sahəsində əldə edilən uğurlarda həm Pr.mizin həm də möhtərəm Vitse-prezidentimizin misilsiz xidmətləri danılmazdır. Lakin görüləsi işlər də çoxdur, əminik ki, seçiciləri narahat edən və qaldırdığımız problemlərin həll olunması üçün İcbari Tibbi Sığorta DA, Səhiyyə Nazirliyi və TƏBİB bütün imkan və resurslarını səfərbər edəcəkdir.
Hörmətli Xanım Sədr,
Hörmətli Baş Nazir və Hökumət üzvləri,
Bugün mənim qaldırmaq istədiyim problem ölkəmizdə ildən-ilə çox sürətlə artan və
Ədliyyə Nazirliyinin, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin hesabatlarında əks etdirilmiş boşanan ailələrin nigaha gedən ailələrin təxminən 50%-ini təşkil etməsidir. Xüsusilə son üç ilin mənzərəsi çox düşündürücüdür.
Dövlətimizin Başçısı çıxışlarında davamlı olaraq Ailə İnstutunu xalqımızın minillər boyu yaratmış olduğu zəngin milli dəyərlərin tərkibi adlandıraraq, güclü millətin formalaşdırılmasında, gənc nəslin bu dəyərlər əsasında yetişdirilməsində güclü Ailə İnstutunun müstəsna əhəmiyyətini və onun qorunmadının zəruri olduğunu qeyd edir.
Bu mənada Ölkəmizdə İldən ilə sürətlə artan boşanmalar gələcəkdə dövlətimizin milli təhlükəsizlik konsepsiyasının tərkibi olan demoqrafiq təhlükəsizliklə,uşaq pulu, aliment və ailədə olan uşaqların psixoloji sağlamlığı və tərbiyəsi ilə bağlı da bir sıra problemlər yaradır. Bu isə son nəticədə ciddi maliyyə tutumlu yeni sosial proqram və ya strategiyaların hazırlanmasını zəruri edir. Bildiyimiz kimi demokratik və inkişaf etmiş ölkələrin əksəriyyətində, hətta qardaş Türkiyədə Mediasiya İnstutları ilə bərabər Ailə məhkəmələri də fəaliyyət göstərir. Ailə məhkəmələrinin strukturunda hakim, psixoloq, sosial işçi, pedaqoq, vəkil kimi ştatlar da var. Ailə Məhkəmələrin əsas vəzifələri və məqsədi heç də boşanma ilə müraciət etmiş tərəflərin nigahına xitam vermək deyil, ailənin bərpası, ailə mübahisələrinin və ailədaxili şiddətin aradan qaldırılması, uşaqların psixoloji qorunması və o cümlədən maarifləndirici istiqamətlərdə fəaliyyət göstərməkdir. Məlumdur ki, bugün dünyanın hətta ən demokratik və inkişaf etmiş ölkələrində, eləcə də Azərbaycanda hakim, hüquqşunas və vəkil çatışmamazlığı ciddi problemdir. Bu mənada məhkəmələrdə hakimlərin ağır iş yükü səbəbindən bir çox hallarda ailə mübahisələri və ya boşanma müraciətləri ilə bağlı bir növ tələsik qərarlar verilir.
Bugünkü iclasda Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərlərinin iştirakını nəzərə alaraq onlara sual vermək istəyirəm.
1. Sürətlə artan boşanmaların qarşısının alınması, eləcə də Ailə İnstitutunun qorunması məqsədilə hansısa birgə proqram və strategiyanın hazırlanması gündəmdədirmi.
2. ⁠Boşanmaların sürətlə artma səbəbləri akademik səviyyədə araşdırılıb, öyrənilirmi.
3. Ailə İnstutunun qorunması və möhkəmləndirilməsi məqsədilə yaxın gələcəkdə ölkəmizdə də Ailə Məhkəmələrinin yaradılması ilə bağlı hansısa addımların atılacağı gözlənilirmi.