Gələn il keçiriləcək COP31 iqlim sammitinə Türkiyə ev sahibliyi edəcək, danışıqlara isə Avstraliya rəhbərlik edəcək.
Bu qərar 2022-ci ildən bəri iki ölkə arasında sammitə ev sahibliyi uğrunda rəqabəti aradan qaldırır.
Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, tərəflər Türkiyənin sammitin prezidenti, Avstraliyanın isə danışıqların rəhbəri olması barədə razılığa gəliblər. O, bunu hər iki ölkə üçün “böyük qələbə” adlandırıb.
Avstraliyanın İqlim Dəyişikliyi və Enerji Naziri Kris Bouen qeyd edib ki, kompromis ölkənin məqsədlərinə uyğundur və o, COP danışıqlarının bütün səlahiyyətlərini daşıyacaq.
Ekspertlər razılaşmanın həm xərcləri azaltdığını, həm də Avstraliya və Sakit Okean regionu üçün əlavə imkanlar yaratdığını bildirirlər.
Firuzə













