Qızıl unitaz milyonlarla dollara satıldı

Məşhur italyan rəssamı Maurizio Kattelan tərəfindən yaradılan 100 kiloqramlıq 18 karatlıq qızıl “Amerika” adlı unitazı Sotheby’s hərracında 12 milyon dollardan çox qiymətə satıldı.

Gununsesi.info-nun xəbərinə görə, hərrac evinin veb saytında satış nəticələrində açıqlanıb.

Bəyanatda deyilir: “Lot… 12.110.000 dollara satıldı”.

Kattelanın “Amerika” adlı əsəri 101,2 kq qızıldan ibarət tam işləyən unitazdır. Belə nümunələrdən yalnız ikisi mövcuddur. Biri 2019-cu ilin sentyabr ayında İngiltərənin Blenheim Sarayından oğurlanmışdı və orada sənət sərgisinin bir hissəsi kimi nümayiş etdirilirdi.

 

Gununsesi.info