İsrail ordusu yenidən Livanın cənubuna zərbələr endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu əvvəllər Livanın bir neçə bölgəsinin sakinlərini təxliyə etməyə çağırmışdı.
Məlumata görə, hədəf Hizbullah mövqeləri olub.
Son günlərdə İsrail Livana zərbələrini gücləndirib. Livan hakimiyyəti dəfələrlə qeyd edib ki, atəşkəs razılaşmasına baxmayaraq, İsrail ölkənin suverenliyini sistematik şəkildə pozmağa davam edir.
İsrail qüvvələri Livanın cənubundakı beş strateji yerdə mövcudluğunu qoruyur. İsrail ordusu da öz növbəsində iddia edir ki, zərbələr Hizbullahın hərbi infrastrukturunu hədəfə alaraq onun yaraqlı qanadının rəhbərliyini məhv edir.













