
“İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, Avropa İttifaqının (Aİ) sülhün qorunmasında və münaqişənin qarşısının alınmasında rol oynamağa qadir ordu olmalıdır.
Gununsesi.info-nun xəbərinə görə, İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində Tajani qeyd edib ki, rəhbəri olduğu “Forza Italia” partiyası Avropada müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə üstünlük verir.
Siyasətçi iddia edib ki, Yaxın Şərqdən Hind-Sakit okean regionuna qədər böhranların olduğu və ABŞ, Çin, Hindistan və Rusiya kimi güclü oyunçuların olduğu bir dünyada Aİ-nin öz “ordusuna” sahib olmalıdır.
Nazir həmçinin Avropa İttifaqı Şurasının hazırkı sədrini və Avropa Komissiyasının sədrini əvəz etmək üçün vahid sədrliyin tətbiqi yolu ilə Aİ-nin rəhbərlik sisteminin dəyişdirilməsinin zəruriliyini vurğulayıb.
Tajani ötən il İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin vəfatından sonra “Forza Italia” partiyasının yeni lideri olub.
Gununsesi.info