Ərdoğan dünya çempionatının finalında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Qətərə səfər edəcək.

Onun dünya çempionatının bağlanış mərasimində iştirak edəcəyi gözlənilir.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bu barədə şənbə günü Türkiyə liderinin administrasiyası məlumat yayıb.

“Prezidentimiz Qətər əmirinin dəvəti ilə dekabrın 18-də dünya çempionatının bağlanış mərasimində iştirak etmək üçün Dohaya səfər edəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, Ərdoğan mundialın açılış mərasimində də iştirak edib.

Gununsesi.info