Bakıda Türk Filmləri Həftəsinin açılışı keçirildi

Bakıda Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin açılışı keçirilib.

Gununsesi.info xəbər verir ki, Türk Filmləri Həftəsi 17-21 dekabr tarixlərini əhatə edəcək.

HTML tutorial

Həftə çərçivəsində Türkiyə kinematoqrafçılarının son illər istehsal etdikləri 7 yeni ekran əsərinin nümayişi baş tutacaq.

Həmçinin gənc kinosevərlər üçün ustad dərsinin təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, film nümayişləri və ustad dərsinə giriş sərbəstdir.

Gununsesi.info