İran qırıcısı Azərbaycanla sərhəddə qəzaya uğradı

İran qırıcısı Azərbaycanla sərhəddə qəzaya uğradı

İran Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, hadisə Azərbaycanla sərhədin yaxınlığında, Ərdəbil əyalətində Savalan dağı ətrafında baş verib.

Təyyarənin pilotunun taleyi naməlumdur.

Kəskin hava şəraitinə baxmayaraq pilot və təyyarənin axtarışları davam etdiriləcək.

Qəzanın səbəbləri ilə bağı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS