Bu fənn imtahanında 29-cu sual etibarsız sayıldı

“İyulun 14-ü təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanlarında 29-cu tapşırıq etibarsız sayılıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi məlumat yayıb.

HTML tutorial

Qeyd olunub ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb: “Nəticədə 29-cu tapşırıqda bəhs edilən əsərin adının çərçivə sənədinə daxil olan əsərlər siyahısında yer almadığı aşkar olunub. Bu səbəbdən 29-cu tapşırıq etibarsız sayılıb.

Nəzərinizə çatdırırıq ki, həmin test tapşırığı 1 280 nəfərə düzgün, 3 842 nəfərə səhv olaraq hesablanıb, 959 nəfər isə tapşırığı cavablandırmayıb. Sualın bütün namizədlərə düzgün olaraq hesablanması ilə 1 280 nəfərin nəticəsi sabit qalacaq, 3 842 namizədə 2,5 bal (səhv cavaba görə 0,5 bal bərpa), 959 namizədə isə 2 bal artırılacaq”.

Gununsesi.info