Zinət əşyalarını oğurlayan şəxs saxlanıldı

  • By Mina
  • 01 Aprel 2024 12:53

Abşeron rayonunun Fatmayı bağlar sahəsində evlərin birindən 8 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Gununsesi.info-ya bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədşah Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info