Mənə münasibətdə bu istintaq və məhkəmə tamamilə quramadır - HƏBSDƏKİ JURNALİST

  • By admin
  • 30 Mart 2024 13:55

Abzasmedia İşi” üzrə həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalının  barəsindəki həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı apellyasiya şikayəti təmin olunmayıb. 

Gununsesi.info jurnalistin Bakı Apellyasiya Məhkəməsində həbs-qətimkan tədbirinin uzadılmasına etiraz çıxışını əldə edib.

Məhkəmədə çıxış edən Hafiz Babalı deyib:

“Bundan öncəki birinci instansiya və apellyasiya məhkəmələrindəki proseslərdə ittihamın qondarma qaçaqmalçılıq əməlində iştirakım üzrə irəli sürülməsi üçün istintaqda azacıq da olsa belə faktiki əsasın olmadığını vəkilim və mən bildirsək də məhkəmə adlanan qurum kor-koranə ittiham orqanının tərəfini tutub, ondan heç bir sübut növü tələb etməyib, bizim maddi və prosessual əsasa söykənən arqumentlərimizi isə qulaqardına vurub.

[Burada o martın 7-də müstəntiq tərəfindən verilmiş həbs müddətinin uzadılması haqqında vəsatətin iddia olunan səbəblərinin əsassız və onunla əlaqəsiz olduğunu müdafiə edir.

Göründüyü kimi mənə münasibətdə bu istintaq və məhkəmə tamamilə quramadır, süni surətdə uzadılır.

Əgər bu ölkədə Femidanın qılıncı ilə başını bədənindən tam ayırmayıblarsa, tərəzisi isə sındırılıb əridilməyə verilməyibsə, bu gün mən buradan azadlığa çıxmalıyam”.

Gununsesi.info