Ölkə ərazisində 19 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

  • By Mina
  • 01 Aprel 2024 10:50

Polis əməkdaşları həftəsonu ölkə ərazisində 19 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar.

 

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə martın 30-da və 31-də ümumi çəkisi 19,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,9 kiloqrama yaxın heroin, 13,6 kiloqrama yaxın marixuana, 300 qrama yaxın tiryək, 800 qramdan çox metamfetamin, həmçinin 309 ədəd metadon həbi olub