
Meksikanın Oaxaka ştatında çimərlikdə 8 Çin vətəndaşının meyiti tapılıb. Səlahiyyətlilər qaçqınların qayıqlarının aşması nəticəsində həyatını itirdiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə martın 29-da qaçqınlar ABŞ-a keçməyə cəhd etdikləri zaman baş verib.
Bir gün əvvəl Qvatemala sərhədindəki Çiapas əyalətindən yola düşən qayıqda 7 nəfər qadının, 1 nəfərin isə kişinin meyitinin tapıldığı bildirilir.
Məlumata görə, batmış qayıqdan bir nəfər sağ qalıb, qayığa nəzarət edən şəxsin taleyi isə hələlik bəlli deyil.
Oaxaca Prokurorluğunun verdiyi açıqlamaya əsasən qaçqınların cəsədlərinin Playa Visente yaxınlığındakı çimərlik yaxınlığında tapıldığı deyilir.
Prokurorluğun məlumatında deyilir ki, qəzanın səbəblərini araşdırılır və həyatını itirənlərin kimliyini müəyyənləşdirmək üçün Çinin Meksikadakı səfirliyi ilə işləyirlər.
Qeyd edək ki, Son illər Meksika üzərindən ABŞ-a keçməyə çalışan qaçqınların sayı artıb.
Şəbnəm
Gununsesi.info