
Türkiyədə PKK terror təşkilatının rəhbərlərindən “Doktor Hüseyn” kod adlı Salman Bozkır Türkiyə Milli Təhlükəsizlik Təşkilatı tərəfindən məhv edilib.
Gununsesi.info xəbər verir ki, bunu özünün tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.
Prezident əməliyyatda iştirak edən hər kəsə təşəkkür edib. O bildirib ki, terroru qaynağında məhv etməyə davam edəcəklər.
Gununsesi.info