
ABŞ-ın Ukraynaya dəstəyini dayandırması Avropa tərəfindən tam kompensasiya edilə bilməz.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
“ABŞ-ın dəstəyi dayandırılsa, Avropa təkbaşına bunun öhdəsindən gələ bilməz. Nə silahla, nə də maddi cəhətdən. Bütün Avropa birləşsə, Ukraynaya kifayət qədər dəstək verə bilərdi, lakin ABŞ-ın təsiri var və siqnallar o qədər də müsbət olmayanda, bəzi Avropa liderlərinə də eyni təsir bağışlayır”, – deyə o bildirib.
“Düşünürəm ki, sanksiyalar siyasəti də çökəcək. Çünki Amerika Birləşmiş Ştatları Ukraynaya dəstək verəndə Avropa ölkələrinin sanksiya siyasətinə də təsir edir”, – Zelenski bildirib.
Ukrayna dövlətinin başçısı qeyd edib ki, Almaniyanın bu işdə liderlik etməsini istəyir.
“Almaniya bunu edə bilər, Avropa İttifaqını birləşdirə bilər. Bir çox ölkələrin Almaniya ilə ciddi iqtisadi əlaqələri var, çünki o, güclü Avropa iqtisadiyyatıdır. Amma yenə də hesab edirəm ki, bu təhlükə çox yüksəkdir”, – deyə Zelenski bildirib.
Gununsesi.info