Qəbələdə vətəndaşlardan qanunsuz odlu silahlar təhvil alınıb

  • By ilhame
  • 29 Yanvar 2024 19:39

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllülük prinsipi əsasında təqdim olunması məqsədilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları 6 tüfəng aşkarlanaraq götürülüb.

 

Həmçinin, aparılan profilaktiki tədbirlər nəticəsində isə 1 odlu silah könüllü olaraq polisə təhvil verilib.

Gununsesi.info