
Fələstinə əsas dəstək verən Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) artıq əldə etdiyi gəlirlərin önəmli hissəsindən məhrum qalıb.
Gununsesi.info xəbər verir ki, buna səbəb 7 oktyabrda İsrailə hücum edərək, 1000-ə yaxın israilliləri kütləvi şəkildə qətlə yetirən qüvvələr arasında agentliyin əməkdaşlarının da yer almasının aşkarlanması olub.
Bunun ardınca agentlik bildirib ki, daha maliyyə dəstəkləri olmadığına görə, Qəzzaya yardımı dayandırmağa məcbur oldular. Agentliyə verilən dəstəyini dayandıran ölkələr siyahısı isə bu cürdür:
ABŞ: 223 milyon dollar
Almaniya: 127,3 milyon dollar
Kanada: 76,8 milyon dollar
Fransa: 28 milyon dollar
Avstraliya: 20 milyon dollar
Niderland: 19 milyon dollar
Böyük Britaniya: 12,2 milyon dollar
Yaponiya: 7 milyon dollar
Finlandiya: 5,45 milyon dollar
İtaliya: 3,27 milyon dollar
İsveçrə: 3,3 milyon dollar
Estoniya: 0,8 milyon dollar
İslandiya: 0,6 milyon dollar.
Gununsesi.info