İran prezidenti Pakistana səfər edəcək

İran Prezidenti İbrahim Rəisi Pakistana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian pakistanlı həmkarı Cəlil Abbas Cilanla birgə mətbuat konfransında deyib.

O bildirib ki, İran Prezidenti İbrahim Rəisi Pakistana rəsmi səfərə dəvət olunub. Lakin iranlı diplomat səfərin hansı tarixdə baş tutacağını qeyd etməyib.

 

 

Gununsesi.info