Ərdoğandan NATO-ya SƏRT SÖZLƏR: Bizim üçün bunu etmədiniz, amma...

“İsveçdən 30 terrorçunu istədik, verməyəcəyik dedilər. Siz terrorçuları vermirsiniz, amma bizdən NATO-ya girməyinizə dəstək istəyirsiniz. NATO təhlükəsizlik təşkilatıdır, qeyri-təhlükəsiz vəziyyətə gətirilməsinə icazə vermərik”.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti NATO-nu da sərt tənqid edib.

“PKK və İŞİD-in sərhədlərimizə dayandığı vaxt ölkəmizdəki müdafiə sistemlərinin aparıldığı günləri unutmadıq. NATO müttəfiqlərimizin bizə qarşı çıxmasına baxmayaraq, öhdəliklərimizi daim yerinə yetirdik. Heç kimin torpağında gözümüz yoxdur, tək məqsədimiz ölkəmizin sabitliyini qorumaq, vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir”, – o bildirib.

Ərdoğan qeyd edib ki, dəfələrlə oynanılan oyunları yenidən təkrarlamaq cəhdləri nəticə verməyəcək.

“Bu mövqeyimizi qoruyacağıq. Balkanlardan Afrikaya qədər, Suriyada, İraqda, Liviyada, Şərqi Aralıqda, Qarabağda və Ukraynada böhranlara belə yanaşmışıq. NATO Şərq sərhədlərini gücləndirməyə çalışır. Ukrayna böhranı ilə bağlı atılan addımlar təbəssüm yaradır. Biz illərdir NATO müttəfiqi olaraq bu münasibətlə qarşılaşmadıq. Bizim NATO-dan istəyimiz öz sərhədlərimizin müdafiəsinə eyni münasibətin sərgilənməsi idi. Lakin heç bir müttəfiqimiz bu münasibəti göstərmədi”, – Ərdoğan bildirib.

Gununsesi.info