19 yaşlı oğlan sevgilisinə görə intihar edib.
Gununsesi.org xəbər verir ki, Adanada yaşayan 19 yaşlı Ahmet Arslan sosial şəbəkədə canlı yayım açaraq intihar mesajı verdikdən sonra meşəlik ərazidə özünü öldürüb.
Ahmet Arslan sosial şəbəkədə canlı yayım açarkən istədiyi qızın başqasına verildiyini söyləyib və buna görə intihar edəcəyini bildirib.
O, kimsəsiz əraziyə gələrək burada özünü güllələyib.
19 yaşlı gəncin cəsədi Karaisalı mahalından tapılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.(milli.az)
Gununsesi.org
COMMENTS